BaşlıcaSiyasət

Ermənistanın 2050-ci ilə qədər transformasiyası strategiyasının yeni məzmununun inkişafı ilə bağlı məsələlər müzakirə olunub

Baş nazir Nikol Paşinyan müşavirə keçirib, məsləhətləşmə ərzində Ermənistanın 2050-ci ilə qədər transformasiya strategiyasının həyata keçirilməsi və mümkün transformasiya ilə bağlı məsələlər müzakirə olunub.

Baş nazir məsləhətləşmənin əvvəlində qeyd edib. “Bu gün biz Ermənistanın 2050-ci ilə qədər transformasiya strategiyasını müzakirə etmək, nəzərdən keçirmək və nəhayət, həmin strategiyanın hazırkı vəziyyətlə əlaqələrini anlamaq, hökumətin fəaliyyət planları ilə əlaqələrini qiymətləndirmək üçün toplaşmışıq.

Həmçinin biz görməliyik ki,  hansı nizamlanmalara ehtiyac var.Ümumiyyətlə vary a yoxdur.

 Və ümumiyyətlə strategiyanı necə həyata keçirməyə davam etmək, əlbəttə ki, ilk növbədə onun aktuallığını qiymətləndirmək lazımdır.

Bu müddət ərzində mənim müşahidələrim  və strategiya ilə işləməyim onu göstərir ki, o, nəinki heç öz aktuallığını itirməyib, əksinə, onun qəbulu və ya dərci zamanı olduğu qədər aktualdır. Bu baxımdan, indi biz öz gələcək  işlərimiz ətrafında qərara gələk”.

Sonra proqramlar, məqsədlər, yanaşmaların təkmilləşdirilməsi, transformasiya, uyğunlaşdırma, sənəddə nəzərdə tutulan tədbirlərin aktuallığının qiymətləndirilməsi, yeni məzmunun hazırlanması ilə bağlı bir sıra məsələlər müzakirə olunub. Müxtəlif təkliflər və müşahidələr səsləndirilib.

Məsləhətləşməyə yekun vuran Baş nazir Paşinyan qeyd edib ki, yuxarıda qeyd olunan strategiya  bir istiqamət olaraq qəbul edilməlidir.

Transformasiya nəticəsində o, hökumət üçün əməli alətə çevrilməlidir. İcraedici  başçı strategiyanın təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi ilə bağlı məsul şəxslərə tapşırıqlar verib.

Daha çox göstər
Back to top button