BaşlıcaMədəniyyət

İrandakı erməni kilsəsi bərpa olunub

İranın cənub-qərbində yerləşən Buşehr şəhərindəki erməni kilsəsi (Qriqorian kilsəsi) bərpa olunub.

Parstoday” “Tehran Times”-ə istinadən yazır ki, erməni kilsəsinin ərazisinin abadlaşdırılması və təmizlənməsi proqramı başa çatıb və indi yerli hakimiyyət tarixi abidəni yaxın vaxtlarda ziyarətçilərin ixtiyarına verməyi planlaşdırır.

Monastırın köhnə tikilisi, həyəti və digər əraziləri yenidən qurulub. Bundan başqa, məbədin ərazisindəki qəbir daşlarının sənədləşdirilməsi işləri aparılır. Qeyd olunub ki, Buşehr erməni kilsəsi liman şəhərinin mühüm və əlamətdar tarixi abidələrindən biridir.

“İranda çoxlu kilsələr, ibadətgahlar və məbədlər var. Müqəddəs Tadeos, Müqəddəs Stefan və Dzorzor (Zorzor) kilsələri 2008-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib”.

YUNESKO bu abidələri erməni memarlığının görkəmli nümunələri kimi qiymətləndirdi. Buşehrdəki erməni kilsəsi Qacarlar sülaləsi dövründə (1795-1925) liman şəhərinin görkəmli erməni ailələrindən olan Avadyan ailəsi tərəfindən tikildi.

Daha çox göstər
Back to top button