BaşlıcaSiyasətTəhlil

“Rusiya da yeni hərbi ittifaq yaradacaq”: Danielyan Rusiya-Qərb prosesləri haqqında

NATO-nun şərqə doğru genişlənməsi yeni mərhələyə keçə bilər ki, bu da Rusiyanı İran və Çin ilə Şimali Atlantika Alyansına qarşı balanslaşdırılmış hərbi blok yaratmağa məcbur edəcək. Politoloq Stepan Danielyan “Sputnik Armenia”ya müsahibəsində bildirib.

Expertin fikrincə, Rusiya-İran yeni müqavilələri və Çinlə İran arasında imzalanan 400 milyard dollarlıq müqavilə, Çin hərbi bazasının İranda yerləşdirilməsi göstərir ki, Rusiya-İran-Çin blokunun yaradılması real ola bilər.

 “Çinin iqtisadi və hərbi potensiala malik olduğunu, Rusiya və İranın hansı imkanlara malik olduğunu nəzərə alsaq, yaradıla biləcək mümkün blok NATO-ya əks tarazlıq olacaq. Belə potensiala malik başqa hərbi blok yoxdur, yalnız NATO var” – deyə politoloq bildirib.

Danielyanın sözlərinə görə, Qazaxıstanda baş verən hadisələr “Böyük Turan” layihəsini sual altında qoydular.

“44 günlük Artsax müharibəsi Rusiya və İrandan yan keçərək Orta Asiyaya yol açdı və deməli, Qazaxıstanda baş verən hadisələr də Ermənistanla bağlıdır” – deyə politoloq qeyd edib.

Daha çox göstər
Back to top button