Başlıcaİctimaiyyət

Türkiyə və Ermənistan fevralın 2-dən hava əlaqəsini bərpa edəcək

Türkiyə və Ermənistan fevralın 2-dən aviasiya əlaqəsini bərpa edəcək, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Belə ki, ölkənin aviasiya hakimiyyəti Türkiyənin Pegasus Airlines şirkətinin İstanbuldan Yerevana həftədə üç reys yerinə yetirməsinə icazə verib.

Ermənistanın FlyOne Armenia daşıyıcı şirkəti həftədə üç dəfə Yerevandan İstanbula uçacaq. Uçuşlar Sabiha Gökçen hava limanına həyata keçiriləcək.

Aviasiya əlaqəsi Türkiyə və Ermənistan arasında münasibətlərin bərpası üzrə qarşılıqlı addımlar çərçivəsində bərpa edilir.

Daha çox göstər
Back to top button