BaşlıcaSiyasət

ABŞ Nümayəndələr Palatası erməni hərbi əsirlərin taleyindən narahatdır

Ermənistan Respublikasının Parlamentinin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qreqori Miks, Bred Şerman və Kris Smit ilə görüşüb.

Görüş zamanı 44 günlük müharibə və onun nəticələri ilə bağlı məsələlər müzakirə olunub. Amerikalı həmkarlarının xahişi ilə Alen Simonyan Ermənistanın sərhəd təhlükəsizliyi, müharibədən sonrakı humanitar problemlərin həlli və Azərbaycanda saxlanılan hərbi əsirlərin vətənə qaytarılması məsələlərinə toxunub.

ABŞ tərəfi bildirdi ki, ABŞ Nümayəndələr Palatası və xüsusilə onların komitəsi hərbi əsirlərin taleyindən dərin narahatdır və hesab edir ki, hərbi əsirlər dərhal vətənə qaytarılmalıdır. Komissiya sədri vurğuladı ki, Cənubi Qafqazın sabitliyinin təmin edilməsinin son dərəcə vacibdir. Bu kontekstdə Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail ollmaq lazımdır. ABŞ ATƏT-in Minsk qrupu formatı daxil olmaqla, buna böyük töhfə verəcək.

Görüş zamanı Alen Simonyan ABŞ Konqresinin Nümayəndələr Palatasının soyqırımını tanımasının vacibliyini vurğulayıb. Görüşün sonunda Alen Simonyan bildirdi ki, Ermənistan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində bir sıra tədbirlər və qarşılıqlı səfərlər planlaşdırılır.

Daha çox göstər
Back to top button