BaşlıcaSiyasət

Demokrat konqresmenin evində axtarışlar yəqin ki, Azərbaycanla bağlıdır: ABC News

ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) çərşənbə günü Azərbaycanda bir neçə amerikalı iş adamı ilə bağlı araşdırma çərçivəsində demokrat konqresmen Henri Kueların Texasdakı evi və ofisi axtarış aparıb, ABC News öz mənbələrinə istinadən xəbər verir.

FTB sözçüsü vurğulayıb ki, Kuaelar evində və  ofisində istənilən “hüquq-mühafizə fəaliyyəti məhkəmə tərəfindən icazə verilir”.

Kueların evində axtarış apardıqdan sonra onun köməkçisi konqresmenin “istənilən istintaqda tam əməkdaşlıq edəcəyini” bildirib.

“O, ədalətin və qanunun aliliyinin təmin edilməsinə sadiqdir” – deyə bəyanatda deyilir.

Kuelar 2005-ci ildən Konqresdədir. Son illərdə o, Konqresin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri vəzifəsində çalışıb və səfir Elin Süleymanov da daxil olmaqla, Azərbaycan rəsmiləri ilə tez-tez görüşüb.

Daha çox göstər
Back to top button