
Ermənistanın Baş naziri Nikol Paşinyanın son mətbuat konfransı zamanı “İnfoteka24” 44 günlük müharibədən sonra ölkəyə yeni silah tədarükü ilə bağlı sual ünvanlayıb, amma Paşinyan ordu ilə bağlı suallara cavab verməyib.
ER Müdafiə Nazirliyinin dərc etdiyi şəkillərə baxanda isə, belə qənaətə gəlmək olar ki, Rusiya istehsalı olan РСЗО 9К55 “Град-1” Ermənistan Silahlı Qüvvələrinin arsenalındadır.
Bu fakt ondan xəbər verir ki, silah tədarükü prosesi adi qaydada davam edir və hərbi sazişlərin tərəfləri öz öhdəliklərini yerinə yetirirlər.







