Başlıcaİctimaiyyət

Ermənistanın yetkin əhalisinin 43,7%-i peyvənd olunub

Ermənistanda yetkin əhalinin demək olar ki, yarısı koronavirusa qarşı peyvənd olunub. Bu barədə məlumatı Ermənistan Respublikasının Səhiyyə naziri verib.

“Hazırda bizdə 805 550 iki doza peyvənd olunub, bu da yetkin əhalinin 35,7%-ni təşkil edir. 987 084 nəfər bir doza ilə peyvənd olunub, bu da yetkin əhalinin 43,7%-ni təşkil edir”,- nazir bildirdi.

Nazir bildirib ki, son bir həftə ərzində buster doza ilə peyvəndləmə prosesi intensivləşib. Bu, ikinci dozanın qəbulundan 6 ay sonra həyata keçirilir.

Avanesyan vurğulayıb ki, hazırda vaksinlər “omikron” ştammına qarşı mübarizənin yeganə yoludur.

Daha çox göstər
Back to top button