BaşlıcaEkonomika

Qara və əlvan metalların qırıntılarının ixracına qoyulan qadağa aradan qaldırılmayacaq

Ermənistan Respublikası hökuməti 2021-ci ilin yanvar ayından qüvvədə olan qara və əlvan metalların qırıntılarının ixracına qoyulan qadağanın 6 ay müddətinə uzadılması barədə qərar qəbul edib.

Qərar ER hökumətinin bu gün keçirilən növbəti iclasında müzakirəsiz və hesabatsız qəbul edilib.

Layihənin müəllifi olan İqtisadiyyat Nazirliyi ixrac qadağasının uzadılmasını yerli sənayeni inkişaf etdirmək istəyi ilə əsaslandırır.

Nazirliyin məlumatına görə, metal ixracına qadağa qoyulandan sonra yerli metal istehsalının həcmi xeyli artıb.

Qeyd edək ki, hökumətin müəyyən etdiyi yeni qadağa 2022-ci il yanvarın 25-dən 2022-ci il iyulun 25-dək qüvvədə olacaq.

Daha çox göstər
Back to top button