BaşlıcaBeynəlxalq

Türkiyənin Xİ naziri Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindən danışıb

Türkiyənin Xarici işlər naziri Mövlut Çavuşoğlu Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesindən danışaraq, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində addımların gündəmdə olduğunu qeyd edib.

Bu haqda Türkiyənin hurriyet.com.tr saytı məlumatlandırıb.

“Məqsəd tam nizamlanmadır. Ermənilər də bundan çox razıdırlar. Tam nizamlanmaya aparan prosesdə hava uçuşlarının başlanması, xüsusi nümayəndələrin təyin edilməsi ilə yanaşı, başqa hansı addımların atıla biləcəyini də araşdırılacaq” – deyərək- Türkiyənin Xİ naziri qeyd edib.

Çavuşoylu bəyan edib  ki, növbəti xüsusi nümayəndələr etimad quruculuğu tədbirlərini müzakirə edəcəklər.

Daha çox göstər
Back to top button