BaşlıcaSiyasət

Alen Simonyan Respublika Prezidentinin səlahiyyətlərini yerinə yetirəcək

Armen Sarkisyan yanvarın 23-də Respublika Prezidenti vəzifəsindən istefa verib.

Verilən  məlumata görə, Konstitusiyanın 5-ci fəsli Ermənistan Respublikası Prezidentinin səlahiyyətlərinin müvəqqəti icrası və növbədənkənar yeni Prezidentin seçilməsi prosedurunu nəzərdə tutur.

Xüsusilə, ER 2015-ci il Konstitusiyasının 126-cı bəndinə uyğun olaraq Prezident seçkiləri Prezident istefa verdikdə, yaxud ölüm hadisəsi olarsa Respublika Prezidenti vəzifəsi  25-dən tez olmayaraq boş qalarsa  və  35 gündən gec olmayaraq Respublika Prezidentinin  növbədənkənar seçkisi keçirilir.

Konstitusiyanın 144-cü maddəsinə əsasən, yeni seçilmiş Prezident səlahiyyətlərinin icrasına başlamazdan əvvəl Respublika Prezidentinin səlahiyyətlərini  parlamentin sədri həyata keçirir.

Beləliklə,Konstitusiyaya əsasən, Respublika Prezidentinin səlahiyyətlərini ER parlamentinin sədri Alen Simonyan həyata keçirəcək. ER parlamentinin sədri vəzifəsində parlamentin sədr müavini Hakop Arşakyan  əvəz edəcək.

Respublika Prezidenti, 123-cü maddədə müəyyən edildiyi kimi,   Konstitusiyaya əməl olunmasını təmin edən dövlət başçısıdır.

Armen Sarkisyan 2018-ci ildə parlament tərəfindən 7 il müddətinə aprel ayında Respublikanın  Prezidenti seçilmişdir.

Daha çox göstər
Back to top button