BaşlıcaSiyasət

Dağlıq Qarabağ münaqişəsinin yenidən başlanması ehtimalı orta səviyyədədir, Amerikanın maraqlarına təsir azdır: Hesabat

Xarici Əlaqələr Şurasının (Council on Foreign Relations) Preventiv Fəaliyyət Mərkəzi (Center for Preventive Action) “Preventiv Prioritetlər Sorğusu 2022”-ni açıqlayıb.

Hesabat ABŞ administrasiyasına xarici siyasətini inkişaf etdirməyə kömək etmək məqsədi daşıyır. Bu barədə Amerikanın Səsi yazır.

O, münaqişələri üç qrupa və ya təsir təbəqəsinə ayırır: yüksək, orta və aşağı prioritetli. 11 mindən çox ABŞ rəsmisi, xarici əlaqələr üzrə ekspert, analitik və mütəxəssis mərkəzin təqdim etdiyi sorğunu cavablandırır və nəticədə bu və ya digər münaqişə üç səviyyəli miqyasda öz yerini tutur.

Mərkəzin hesabatında Ermənistan-Azərbaycan münaqişəsi də yer alıb və ona görə, Türkiyə və Rusiya arasında gərginliklə müşayiət olunan Dağlıq Qarabağ münaqişəsi yenidən başlaya bilər.

Hesabata görə, gərginliyin artma ehtimalı orta səviyyədədir, lakin bu, ABŞ-ın maraqlarına az təsir edir və Birləşmiş Ştatlar üçün böyük strateji əhəmiyyət kəsb etmir.

Daha çox göstər
Back to top button