BaşlıcaSiyasət

Erdoğan növbəti “3+3” görüşü keçirmək istəyir

Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Türkiyə, Ermənistan, Rusiya, Azərbaycan və İranın Xarici işlər nazirlərinin iştirakı ilə növbəti 3+3 formatında növbəti görüş keçirmək niyyətində olduğunu açıqlayıb.

Bu haqda “Anadolu” agentliyi məlumatlandırıb.

Görüşdə Türkiyə-İran münasibətləri və regional məsələlərin müzakirəsi planlaşdırılır.

Daha öncə, Erdoğan RF  Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Türkiyədə görüş keçirmək arzusunda olduğunu bildirmişdi.

Xatırladaq ki, “3+3” regional məsləhət platformasının ilk sessiyası dekabrın 10-da Moskvada Rusiya (Rudenko), Ermənistan (Gevorkyan),  Azərbaycan (Xələfov), Türkiyə (Önal) Xarici işlər nazirlərinin müavinləri ilə keçirilib.

Həmçinin İranın XİN  Baş direktoru Hagigiani həmsədrliyi ilə keçirilib. Gürcüstanın da dəvət olunmuş nümayəndələri görüşdə iştirak etməkdən  bitərəf qalıb.

Daha çox göstər
Back to top button