BaşlıcaSiyasət

Mher Markaryan: “BMT-nin DQ-dan məcburi köçkünlərə yardım göstərməsinə maneçilik törədilib”

BMT-də Ermənistanın nümayəndəsi qeyd edib ki, ER Birləşmiş Millətlər Təşkilatının  ardıcıl şəkildə ATƏT  MQ-na  olan dəstəyini olduqca  mühüm hesab edir.  

Ermənistanın BMT-dəki nümayəndəsi Mher Markaryan BMT Baş Assambleyasının plenar iclasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hesabat təqdim edib.

O, qeyd edib ki, Baş katibin beynəlxalq sülh və təhlükəsizliyə, Təhlükəsizlik Şurasının 2532 (2020) və 2565 (2021) saylı qətnamələri ilə müəyyən edilmiş dərhal qlobal atəşkəsə dair çağırışı, ən həssas təbəqələrə humanitar yardımın təmin edilməsi üçün mümkün təşəbbüsdür.

Təəssüflər olsun  ki, beynəlxalq ictimaiyyətin qətnamələrə böyük dəstəyi dünyanın müxtəlif yerlərində hərbi əməliyyatların dayandırılmasına səbəb ola bilmədi.

Əksinə, regionumuzda 2020-ci ilin payızında Dağlıq Qarabağa qarşı amansız təcavüzlə üzləşdik.

Bütövlükdə icmaları məhv edən, çoxsaylı insan tələfatına, minlərlə məcburi köçkünə, mühüm infrastrukturun dağılmasına və böyük humanitar böhrana səbəb olan Azərbaycan  “Dağlıq Qarabağa humanitar yardımın daxil olmasının əngəllənməsi və siyasiləşdirilməsi indiyədək BMT-nin qurbanlara hərtərəfli yardım göstərməsinə mane olub” – deyərək Markaryan qeyd edib.

Onun sözlərinə görə, bu kontekstdə Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinin təşviqində ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq mandatında Birləşmiş Millətlər Təşkilatının mərkəzi rolu ilə Baş katibin davamlı dəstəyini Ermənistan  olduqca vacib hesab edir.

Marqaryan vurğulayıb ki, BMT öz səylərini təcavüzə, müharibə cinayətlərinin nəticələrini qanuniləşdirmək cəhdlərinə, yalan xəbərlərə, etnik və dini zəmində zorakılığa qarşı yönəltməlidir.

Daha çox göstər
Back to top button