BaşlıcaSiyasət

Türkiyə vətəndaşlarının yarıdan çoxu Ərdoğanın siyasətini dəstəkləmir: Sorğu

Türkiyə vətəndaşlarının əksəriyyəti prezident Rəcəb Tayyib Ərdoğanın siyasətini dəstəkləmədiklərini bildiriblər. TASS xəbər verir ki, bu məlumatlar Ankarada MetroPOLL İctimai Rəyin Araşsırılması Mərkəzinin keçirdiyi son sorğuda təqdim olunub.

Bazar günü dərc edilən sorğuya əsasən, respondentlərin 40,7%-i Ərdoğanın hərəkətlərini bəyəndiyini, 57%-i onun siyasətini dəstəkləmədiyini bildirib, 4,9%-i isə suala cavab verməkdən imtina edib.

Bundan əlavə, respondentlərin əksəriyyəti hesab edir ki, Ankara xarici siyasətində ABŞ və Avropa İttifaqına deyil, Rusiya və Çinə üstünlük verməlidir. Moskva və Pekinlə münasibətlərin ən fəal tərəfdarları hakim Ədalət və İnkişaf Partiyasının, eləcə də onunla koalisiya yaradan Milliyyətçi Hərəkat Partiyasının tərəfdarlarıdır.

Sorğu yanvarın 8-12-də Türkiyənin 28 vilayətində keçirilib. Sorğuda 1508 nəfər iştirak edib.

Daha çox göstər
Back to top button