BaşlıcaSiyasət

Delimitasiya və demarkasiya komissiyası bir gün əvvəl yaradılmalıdır: Paşinyan

Ermənistanın Azərbaycana veridiyi təklif Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin bərqərar olması ilə bağlıdır. Bu da Soçidə qəbul edilmiş üçtərəfli bəyanatda qeyd olunur. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirdi.

Baş nazir vurğulayıb ki, təklif demarkasiya komissiyasının yaradılması ilə bağlı deyil, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin səviyyəsinin yüksəldilməsi ilə bağlıdır.

“Bildiyiniz kimi, Soçidə qəbul edilmiş üçtərəfli bəyanatda deyilir ki, tərəflər demarkasiya və delimitasiya üzrə üçtərəfli komissiyanın yaradılması üçün addımlar atmağa razılaşıblar. Bizim təklifimiz qlobal mənada heç bir sirr olmayan təhlükəsizlik tədbirlərinə aiddir.

Baş nazirin sözlərinə görə, Azərbaycan təklifə cavab verib və qeyd edib ki, demarkasiya və delimitasiya ilkin şərt olmadan aparılmalıdır. ER Xarici İşlər Nazirliyi cavab olaraq bildirib ki, demarkasiya və delimitasiya ilə bağlı heç bir ilkin şərti yoxdur, söhbət ilkin şərtdən getmir.

Paşinyan qeyd etdi ki, demarkasiya və delimitasiya komissiyası bir gün əvvəldən yaradılmalıdır, bu, çox vacibdir. Əldə etdiyimiz razılaşmalar nə qədər tez həyata keçirilsə, o qədər yaxşıdır. Hazırda bunun həyata keçirilməsi üçün çalışırıq”,- deyə Nikol Paşinyan vurğuladı.

Daha çox göstər
Back to top button