BaşlıcaSiyasət

Paşinyan Armen Sargsyanın istefasına toxunub

ER baş naziri Nikol Paşinyan Armen Sargsyanın Ermənistan prezidenti postundan istefa vermə motivləri ilə bağlı bəyanatını şərh etməyi məqsədəuyğun hesab etmir. O, bu barədə KİV və qeyri-hökumət təşkilatlarının nümayəndələri üçün keçirilmiş onlayn mətbuat konfransı zamanı bildirib.

“Qərarı prezident verib. Mən bunu ictimaiyyətə açıqlanmadan bir neçə saat əvvəl bildim. Dünən bəyanatdan 3,5 saat əvvəl mənə zəng etdi, və bu barədə danışdıq. Respublika Prezidentindən soruşdum ki, o, mənimlə bu məsələni müzakirə edirmi, yoxsa qərar qəbul etdiyi barədə mənə məlumat verirmi? Qərarın müzakirə mövzusu olub-olmadığını anlamağa çalışdım. Bundan sonra o, qərar verdiyini bildirdi” – deyə Paşinyan vurğulayıb.

O qeyd edib ki, Respublika Prezidentinin Konstitusiya ilə bağlı mövqeləri əvvəllər də məlum idi. “Əvvəlki sual-cavab zamanı biz konstitusiyaya dəyişikliklər mövzusunu müzakirə edərkən demişdim ki, bununla bağlı mənim mövqeyim Respublika Prezidentinin mövqeyindən bir az və ya əhəmiyyətli dərəcədə fərqlənir. Amma onu da vurğulamaq istəyirəm ki, 2018-ci ildən sonra Armen Sargsyan Respublikanın Prezidenti, mənim isə baş nazir seçiləndən sonra Konstitusiyada Respublika Prezidentinin səlahiyyətləri ilə bağlı heç bir müddəa dəyişməyib. Bütün bu müddət ərzində qaydalar dəyişməyib”- deyə ER Baş naziri bildirib.

Paşinyan qeyd edib ki, prezidentin istefasında onun motivlərinə toxunulur. “Mən bu izahatları qəbul edirəm, şərh verməyi məqsədəuyğun hesab etmirəm” – deyə Paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button