ArtsaxBaşlıcaİctimaiyyət

Karmir Şuka və Tağavardda bərpa işləri fəal şəkildə davam edir

Artsaxın Martuni rayonunun Karmir Şuka və Tağavard icmalarında atəşə tutulması nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər çərçivəsində yaşayış evlərinin zədələnmiş dam örtüklərində əsaslı təmir işləri davam etdirilir.

Adıçəkilən icmalarda 44 günlük müharibə zamanı insan itkisi olan və itkin düşmüş qohumları olan ailələr üçün fərdi yaşayış evləri təmir olunur.

Hazırda Tağavərd icmasında 104 fərdi yaşayış evinin dam örtüyü artıq əsaslı təmir olunub və tezliklə daha 41-də işlərə başlanılacaq. Karmir Şuka icmasında isə 152-si təmir olunub, 104-ü isə yaxın vaxtlarda təmir olunacaq.

Daha çox göstər
Back to top button