BaşlıcaSiyasət

Lavrov: “RF DQ-da daxil olmaqla böhranlı vəziyyətlərin sülh yolu ilə həllinə töhfə verir”

Rusiya Federasiyasının  Xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya müxtəlif regionlarda, o cümlədən Dağlıq Qarabağda, Suriyada və başqa yerlərdə böhranın sülh yolu ilə, diplomatik yolla həllini fəal şəkildə dəstəkləyir.

Bu  haqda Lavrov Dövlət Dumasının “Rusiya Federasiyasının xarici siyasətinin aktual məsələləri”  mövzusunda keçirilən plenar iclasında çıxışı zamanı  qeyd edib.

“Biz Dağlıq Qarabağ, Suriya, Liviya, Əfqanıstan, ərəb-israil münaqişəsi, İranın nüvə proqramı ilə bağlı Koreya yarımadasındakı vəziyyət kimi müxtəlif regionlarda böhranın sülh yolu ilə siyasi və diplomatik həllini fəal şəkildə təşviq edirik” – deyərək Lavrov bildirib.

Xİ nazirinin sözlərinə görə, bu cür səylər dünyada vəziyyətin ümumi yaxşılaşmasına kömək edir və Rusiya tərəfinin etibarlı beynəlxalq tərəfdaş olaraq nüfuzunu təsdiq edir.

Daha çox göstər
Back to top button