BaşlıcaSiyasət

ER-nın təklifi həyata keçirilmədən delimitasiya və demarkasiya mümkün olmayacaq: Deputat

Ermənistanın Azərbaycana göndərdiyi təklif ilkin şərt deyil, o həyata keçirilmədən Ermənistan ilə Azərbaycan arasında delimitasiya və demarkasiya prosesinə başlamaq mümkün olmayacaq:. “Armenpress”in məlumatına görə, bunu jurnalistlərlə keçirdiyi brifinq zamanı ER Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri, “Mülki müqavilə” fraksiyasının deputatı Eduard Ağacanyan deyib.

“İlk növbədə qeyd etmək istəyirəm ki, Ermənistanın tərəfdaşlarımıza təqdim etdiyi təkliflər heç də ilkin şərt deyil. Dəfələrlə bildirmişik ki, demarkasiya və delimitasiya prosesinin praktikada həyata keçirilməsi üçün prosesə başlamazdan əvvəl minimum təhlükəsizlik şərtlərinin təmin edilməsi zəruridir. Əslində Ermənistanın təklifi qeyd olunan təminatların təmin edilməsi üçündür. Ona görə, bizim mövqeyimiz çox aydındır. Düşünürəm ki, praktikada biz əmin olacağıq ki, belə bir prosesə başlamaq mümkün olmayacaq, çünki bunsuz risklər çox yüksəkdir, vəziyyət daha da pisləşə bilər” – deyə Ağacanyan bildirib.

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri vurğulayıb ki, iki tərəfdən qoşunların çıxarılması fiziki baxımdan Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq üçün minimum şərtdir.

Daha çox göstər
Back to top button