ArtsaxBaşlıca

Babayan: “Bizim ərazilərin işğalı ilə bağlı layihə qəbul olunan kimi o, mühüm sənədə çevriləcək”

Artsax Respublikasının Xarici işlər naziri Davit Babayan  jurnalistlə söhbətində Artsax deputatlarının qanunvericilik təşəbbüsünə istinad edib.

Ona əsasən Azərbaycan Respublikası parlamentinin gündəliyinə Azərbaycanın işğalı haqqında qanun layihəsi daxil edilib.

Artsax Respublikasının Xarici işlər naziri Davit Babayan hesab edir ki, Azərbaycan tərəfinin işğalı ilə bağlı qanun layihəsi siyasi, mənəvi, hüquqi və tarixi komponentləri ehtiva edir.

 O, qeyd edib ki, belə bir qanunun olması bizim üçün çox vacibdir, çünki Artsax ərazilərinin 80%-i düşmən tərəfindən işğal olunub, bizim sərhədimiz yoxdur, ancaq təmas xətti var.

“Azərbaycan tərəfindən həyata keçirilən işğalı 1991-ci ildə başlayıb və aprel müharibəsi, üçüncü Artsax müharibəsi zamanı da davam edibdir. Hər şeydən asılı olmayaraq, tarixi və hüquqi irsimizdən əl çəkmədiyimizi bildirmək çox vacibdir.

O ərazilər bizim ayrılmaz ərazilərimiz olub və olaraq  qalacaqdır” – deyə AR Xarici işlər naziri bildirib.

Babayanın sözlərinə görə, Artsax qanunvericilərinin ən mühüm hüquqi və siyasi sənədlərdən birinə çevriləcək yuxarıda qeyd olunan qanun layihəsini qəbul edəcəyini gözləmək üçün bütün əsaslar var.

“Oxşar bir layihə ilə biz həm də bütün dünyaya təqdim edirik ki, biz Artsax Respublikasının əsasında yaradılmış ərazilərdən imtina etmirik. Bu, Şahumyan rayonu və Getaşen subregionu ilə keçmiş DQMV və ölkəmizin yerləşdiyi bütün ərazilərdir.

 Bura 2020-ci ildə Azərbaycan-Türkiyə təcavüzünə qədər Artsaxın tərkibində olan ərazilər də əlavə olunur: Əgər bir xalq öz keçmişini xatırlamazsa, öz irsindən əl çəkərsə, təbii ki,onun mütləq gələcəyi olmayacaq” – deyərək nazir qeyd edib.

Artsaxda belə bir qanun, belə bir sənəd olmaya bilməz, əks halda, Babayanın fikrincə, Artsax xalqının vəziyyətlə barışdığı ortaya çıxacaq.

Onun sözlərinə görə, Artsax tərəfi Azərbaycanın buna necə reaksiya verəcəyi ilə maraqlanmır.

Qeyd edək ki, Azərbaycanın işğalı ilə bağlı qanun layihəsi Artsax Respublikası  parlamentinin gündəliyindədir. Fevralın 16-da keçiriləcək iclasda qanunun birinci oxunuşda, artıq fevralın 20-də isə ikinci oxunuşda tamamilə qəbul ediləcəyi  ehtimal olunur.

Daha çox göstər
Back to top button