BaşlıcaSiyasət

Regionda sülhün bərqərar olması üçün Azərbaycanın da eyni mövqeyi tələb olunur. Ararat Mirzoyan

2020-ci ildə 44 günlük müharibədən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün məsələlərin həlli prosesi ATƏT Minsk Qrupu həmsədrləri çərçivəsində baş tutmalıdır.

Bu haqda Avstriya Respublikasının Avropa və Xarici İşlər üzrə Federal naziri Aleksandr Şallenberq, Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı deyib.

Aleksandr Şallenberqin mövzu ilə bağlı mesajı ondan ibarətdir ki, beynəlxalq ictimaiyyətin iradəsi münaqişə tərəflərinin problemi həll etmək üçün siyasi iradəsini əvəz edə bilməz.

Avstriyalı həmkarının şərhinə cavab verən Ermənistan xarici işlər naziri razılaşdı ki, beynəlxalq ictimaiyyət tərəfləri razılığa gəlməyə təşviq etmək üçün öz alətlərindən nə qədər istifadə etsə də, ilk növbədə tərəflərin bu siyasi iradədən istifadə etməsi vacibdir.

Və bütün dünya gördü ki, Ermənistan buna  hazırdır, həqiqətən bizim regionda sülh yaratmaq, bütün problemləri həll etmək istəyir.

Nazir Mirzoyanın sözlərinə görə, problem ondadır ki, Yereven bu hazırlığı ifadə etməklə həmişə rəsmi Bakıdan tam əks mesajlar alır.

“Nümunə olaraq həmkarlarıma Azərbaycan prezidentinin son bəyanatına baxmağı tövsiyə edə bilərəm. Keçmişdə olduğu kimi, bu gün də təkrar edirəm ki, anti-erməni ritorikası, aqressiv ritorika, sərhəddə aqressiv addımlar, humanitar problemin həll olunmaması, Azərbaycanda hərbi əsirlərin qalması kimi problemlər, yumşaq desək, konstruktiv ab-havaya kömək etmir:

“Əlavə etmək istərdim ki, bu, üçtərəfli atəşkəs bəyanatı ilə nəzərdə tutulmayıb. Lakin Ermənistan tərəfi bunu təmin edib. Azərbaycana minalanmış ərazilərin xəritələri verilib.

Çünki  biz insanların ölümündə maraqlı deyilik.Odur ki, bu məsələni birtərəfli qaydada həll etmişik” – deyə Mirzoyan faktlaşdırıb.

Mirzoyan beynəlxalq təşkilatlar məsələsinə də toxunaraq, Azərbaycanın bu məsələyə destruktiv yanaşma nümayiş etdirdiyini, beynəlxalq təşkilatları, hətta Beynəlxalq Qızıl Xaç Komitəsini də gördükləri siyasətə yerləşməyi məcbur etdiyini təəssüf hissi ilə bir daha vurğulayıb.

“Bu, yeganə təşkilatdır ki, bu illər ərzində mövcud olub, Dağlıq Qarabağa giriş-çıxış olub və indi Azərbaycan hətta bunu məhdudlaşdırır.

 “Bir daha qeyd etməliyəm ki, biz konstruktiv dialoq, bütün məsələlərin həllini istəyirik. Sizin qeyd etdiyiniz kimi, regionda sülhün və sabitliyin bərqərar olması məqsədi ilə burada da Azərbaycanın da eyni mövqeyinin olması tələb olunur” – deyə  Xİ  naziri əlavə edib.

Daha çox göstər
Back to top button