
ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında 2021-ci ildə hiss olunacaq dərəcədə qiymət artımının olduğunu qeyd edib.Hansı ki, 2020-ci ilin dekabr ayıyla müqayisədə 7,7% çoxdur.
“Bu, dövlət büdcəsində nəzərdə tutduğumuzdan da çoxdur. İnflyasiya qlobal problemdir, bildirməliyik ki, Ermənistanda ayrıca proses yoxdur.
Biz inflyasiyanın qarşısını almaq üçün tədbirlər görməyə çalışırıq. Ümidvarıq ki, bu il bizə qiymət artımının planlaşdırılmış diapazona gətirilməsi nail olacaq” – deyərək Paşinyan bildirib.
O, ümid etdiyini bildirib ki, onlar 7 faizlik iqtisadi artıma nail ola biləcəklər.
“2021-ci ilin ilkin nəticələrinə görə, 5,8% iqtisadi artım qeydə alınıb ki, bu da ilkin olaraq 2021-ci il üçün nəzərdə tutulandan çoxdur, lakin bu, bizim istədiyimizdən azdır” – deyərək Paşinyan qeyd edib.







