Ən yaxşı erməni şərabları Moskvada təqdim olunacaq

ER İqtisadiyyat nazirinin müavini Arman Xocoyan və Nazirliyin Sənayenin İnkişafı Departamentinin rəhbəri Armen Yeqanyan “ProDExpo 2022” beynəlxalq qida sənayesi sərgisində erməni istehsalçıların təqdim etdiyi “birgə erməni pavilyonu”nun işləri ilə tanış olmaq üçün Moskvada işgüzar səfərdə olub.
Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi bildirir ki, Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyi, AİB Aqrar-Sənaye Bloku, “X5 Group” şirkəti, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi (ВДНХ) nümayəndələri ilə görüşlər planlaşdırılır.
Nümayəndə heyətinin üzvləri Moskvada keçiriləcək “Erməni şərab günləri” tədbirində də iştirak edəcəklər. Sərgidə Ermənistanın Üzümçülük və Şərabçılıq Fondunun təşəbbüsü ilə 15 şirkətin erməni şərabları birgə milli pavilyonda təqdim olunacaq.







