BaşlıcaSiyasət

Müdafiə naziri Cənub istiqamətindəki hərbi hissələrdə olub

Fevralın 7-də ER Müdafiə naziri Suren Papikyan respublikanın Cənub istiqamətində yerləşən bir sıra hərbi hissələrə gedib.

Müdafiə nazirliyindən verilən məlumata görə, Suren Papikyan hərbi hissələrdə xidməti, taktiki hazırlıq tədbirlərini və tikinti işlərinin təşkili işlərini  izləyib.

Müdafiə nazirliyinin  rəhbəri hərbi hissələrin sosial-məişət şəraitinə, eləcə də hərbi qulluqçuların yeməklərinin təşkili məsələlərinə xüsusi diqqət yetirib.

Həmin gün nazir Zəngəzur qarnizonu xəstəxanasında olub. Suren Papikyan zəruri dərman preparatları ilə təminat səviyyəsi, eləcə də müasir tibbi avadanlıqların səviyyəsi ilə tanış edilib.

Müdafiə naziri hospitalda müalicə olunan hərbçilərlə söhbət edib, onlara cansağlığı və tezliklə sağalmalarını arzulayıb.

Daha çox göstər
Back to top button