
Türkiyənin Birgün qəzeti Türkiyə Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hesabatına istinadən xəbər verir ki, üç türk inşaat şirkəti İŞİD-ə pilotsuz təyyarələrin silahlanmasında istifadə edilən milyonlarla dollar dəyərində material tədarük edib.
MASAK-ın 2021-ci il hesabatına görə, Türkiyə vətəndaşı olan suriyalı İbrahim Haq Heneid tərəfindən qurulan «Altun Inci», «Elferah» və «Mavi Yelken» şirkətləri İŞİD yaraqlılarına material satıb.
Qeyd olunub ki, İŞİD pilotsuz uçuş aparatlarının planları ilə tanınır və İraq və Suriyada ümumi kəşfiyyat məlumatlarının toplanması, eləcə də atəşə tutulması və təbliğat videolarının çəkilişi üçün dronlardan istifadə edib.
Heneid Türkiyənin cənubundakı Mersin limanından Suriyaya yük göndərən və 2017-ci ildə ABŞ-ın zərbəsi nəticəsində öldürülən pilotsuz təyyarələr üzrə mütəxəssis Sacid Faruk Babar ilə əlaqə saxlayıb.
ABŞ Maliyyə Nazirliyi 2021-ci ilin yanvarında elan etdi ki, İŞİD, maliyyə vəsaitlərini almaq üçün Türkiyə daxilindəki “logistika mərkəzlərinə” etibar etməyə davam edir.
“Ankara Gazetecisi” xəbər saytının məlumatına görə, Türkiyə ötən ilin aprelində terrorçularla əlaqəsi olduğu üçün əmlakları müsadirə edilən 8 İŞİD üzvünə vətəndaşlıq verib.







