BaşlıcaSiyasət

Baş nazir Azərbaycan tərəfinə təklif edilən qoşunların aynalı çıxarılması ideyası barədə ətraflı məlumat verib

Ermənistan  və Azərbaycan əvvəlcə Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin və sabitliyin artırılması naminə addımlar atmalı, məsələni sərhədin demarkasiyası və delimitasiyası  komissiyasına çatdırmalıdır.

Bu haqda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan parlamentdə hökumət üzvlərinin sual-cavabı ərzində  “KP” fraksiyasının deputatı Vahaqn Aleksanyanın  güzgülü şəkildə qoşunların  geri çəkilməsi özündə nəyi əks edir və  bu istiqamətdə inkişaflar varmı, sualına cavab verərkən deyib.

“2021-ci il noyabrın 26-da Soçidə qəbul edilmiş Rusiya Prezidenti ilə Azərbaycan prezidentinin imzaladığı üçtərəfli yazılı bəyanatda tərəflərin Ermənistan-Azərbaycan sərhədində təhlükəsizlik və sabitliyin artırılması üçün addımlar atmaq barədə razılığa gəldiyindən, işi delimitasiyaya  və demarkasiya üzrə ikitərəfli komissiya yaratmaq məsələsindən  xəbəriniz var.

Madam ki, bu aspekt bizi maraqlandırır, təbii ki, biz öz razılığımızda dayanmalıyıq, təklif vermişik. Bizim  təssəvvürümüz budur ki, silahlı qüvvələr güzgülü şəkildə  geri çəkilsin” –  deyərək Paşinyan bildirib.

Baş nazir qoşunların geri çəkilməsinin güzgü ideyasının nə olduğunu təqdim etdi.

“Bu o deməkdir ki, onlar Ermənistan-Azərbaycan sərhəd xəttindən bərabər məsafədə geri çəkilməlidir, bundan sonra sərhəd mühafizəsi məhdud sayda sərhədçilərə verilməlidir.

Nəticədə, beynəlxalq monitorinq aparılmalıdır,əldə olunan razılaşmalara əsasən həyata keçirilməlidir.

Qarşıya çıxan növbəti fundamental sual Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin olub-olmamasıdır. Sualımızın cavabı  birmənalı olaraq müsbətdir.

Nə üçün, ona görə ki, sovet dövründə Ermənistanla Azərbaycan arasında sərhəd var idi, delimitasiya olunmuşdu və 1991-ci ildə MDB-nin yaradılması haqqında həm Ermənistan, həm də Azərbaycan parlamentləri tərəfindən ratifikasiya olunmuş müqavilə ilə həmin sərhədlər tanınıbdır.

Ona görə də hesab edirik ki, bu razılaşmalar bu məntiqlə həyata keçirilməlidir. Bundan başqa, biz başqa təklifləri, başqa ideyaları da dinləməyə hazırıq” – deyə Baş nazir bildirib.

Baş nazirin sözlərinə görə, bu mövzuda kəndlərin müdafiəsiz qalacağına dair çoxlu əsassız fərziyyələr var  və s.

“Belə bir şey yoxdur, təkliflər paketində hər şey nəzərə alınıb”. Onu da etiraf etməliyik ki, bizim irəli sürdüyümüz təklif nə Ermənistan üçün yüz faiz, nə də Azərbaycan üçün diskomfortdur.

Sərhəd xətti var  və hesab edirik ki, həmin sərhəd xətti boyunca geri çəkilmə aparılmalıdır.Eyni zamanda qeyd olunmalıdır ki,

bu delimitasiya və demarkasiyanın sonrakı nəticələrini əvvəlcədən müəyyən etmir. Bu  gərək, müvafiq danışıqların mövzusu olsun.

Hesab edirəm ki, bu təkliflər legitim hüquqi protokollara əsaslanır. Mən bu təkliflərin mahiyyətinin deputat həmkarlarımız tərəfindən beynəlxalq ictimaiyyətə layiqincə təqdim olunmasını çox vacib hesab edirəm.

Çünki hesab edirəm ki, bu vəziyyətin yanlış şərhindən bəzi qüvvələr sərhəddə yeni eskalasiyaları təhrik etmək üçün istifadə edə bilər.

Bizim üçün qanuni hüquqi reallıqları qeyd etmək vacibdir və hər hansı gələcək eskalasiyanın qarşısını ala biləcək belə effektiv mexanizmin olduğunu qeyd etmək daha vacibdir” – deyərək Paşinyan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button