BaşlıcaSiyasət

Biz YUNESKO-nun faktaraşdırıcı missiyasının səfərini prioritet və təcili hesab edirik: ER XİN sözçüsü

Biz YUNESKO-nun faktaraşdırıcı missiyasının Dağlıq Qarabağa səfərini prioritet və təcili hesab edirik, ER Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan “Radiolur”a bildirib.

“Ermənistan missiyanın “Silahlı münaqişələr zamanı mədəni sərvətlərin mühafizəsi” ilə bağlı Haaqa Konvensiyasına (1954-cü il) və ona əlavə edilmiş iki protokola uyğun şəkildə qısa zamanda həyata keçirilməsini dəstəkləyir”, – Hunanyan bildirib.

Onun sözlərinə görə, YUNESKO-nun missiyasının həyata keçirilməsi və tarixi-mədəni irsin hərtərəfli araşdırması Azərbaycanın nəzarətində olan ərazilərdə mədəni irsin qorunması və baş verə biləcək neqativ halların qarşısının alınması səylərinə töhfə verəcək.

“Biz, Yerevan və Bakıya YUNESKO nümayəndə heyətinin mümkün səfərini yuxarıda qeyd olunan kontekstdə nəzərdən keçiririk. Hazırda konkret şərtlər və razılaşmalar yoxdur”, – deyə sözşü bildirib.

Daha çox göstər
Back to top button