BaşlıcaSiyasət

Stanislav Zas: “Əgər belə bir tələb olarsa, KTMT Ermənistana hərbi yardım göstərəcək”

Kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı dövlətin təşkilata müraciət edəcəyi təqdirdə Ermənistana hərbi yardım göstərəcək.

Bu haqda fevralın 9-da KTMT-nin baş katibi Stanislav Zas “Valday”  klubunda “Yeni dövrdə kollektiv təhlükəsizlik. KTMT-nin təcrübəsi və perspektivləri” mövzusunda  keçirilən konfrans zamanı  qeyd edib.

“Əgər belə bir müraciət olarsa, bizim bütün fövqəladə hallara reaksiya mərkəzlərimiz və mexanizmlərimiz işə düşəcəkdir” – deyə “İzvestiya” xəbər verir.

RF Xİ nazirinin müavini Aleksandr Pankinin qeyd etdiyi kimi, Qazaxıstandakı kimi vəziyyət yarandıqda, müttəfiqin rəsmi çağırışına tez cavab vermək olar.

“Yeni dövrdə Kollektiv təhlükəsizlik yeni dövrdə  KTMT-nin təcrübəsi və perspektivləri” adlı konfransda Stanislav Zas  bildirib ki, Qazaxıstanda keçirilən sülhməramlı əməliyyatlardan sonra KTMT çərçivəsində böhrana cavab işçi qrupu yaradılıb.

“Bəli, əlbəttə ki, biz indi işçi qrupu yaratmışıq, ilk praktiki təcrübəmizi, bütün hərəkətlərimizi diqqətlə araşdırırıq.

İlk növbədə, böhrana reaksiya sistemini sınaqdan keçirəcəyik. Biz məsuliyyət sahəmizin istənilən şəraitində, istənilən nöqtədə mövcud potensial  tez və səmərəli istifadə etməyi bacarmalıyıq. – deyərək TASS məlumatlandırır.

Daha çox göstər
Back to top button