
İranın Syunik bölgəsində baş konsulluğunun açılış tarixləri çox yaxında açıqlanacaq. Bunu İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədəxşan Zohuri bildirdi.
O qeyd etdi ki, baş konsulluğun açılması üçün müəyyən inzibati proseslər tələb olunur. Səfirin sözlərinə görə, bu proseslər gedir.
“Həm Ermənistan, həm də İran tərəfi prosesi başa çatdırmalıdır”, – səfir vurğulayıb.
Qeyd edək ki, İran Syunik bölgəsinin inzibati mərkəzi olan Kapanda konsulluq açmaq niyyətindədir.







