
Moskva mədəni-tarixi irsin qorunması məsələsi Bakı və Yerevanla müntəzəm təmasları zamanı müzakirə edir.
Bunu Rusiya XİN-in mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.
“Rusiya UNESCO-nun missiyasının regiona qısa zamanda təşkil olunmasının tərəfdarıdır”,- deyə Rusiya XİN nümayəndəsi bildirdi.
Zaxarova xatırladıb ki, 2021-ci il dekabrın 7-də Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin birgə bəyanatı ilə tərəflər Ermənistan və Azərbaycanı humanitar, o cümlədən tarix və mədəniyyət abidələrinin qorunmasında real irəliləyiş əldə etmək üçün ATƏT-in Minsk Qrupunun himayəsi altında əməkdaşlığı davam etdirməyə çağırıblar..
Xatırladaq ki, bundan əvvəl Azərbaycanın mədəniyyət naziri bəyanat etdi ki, erməni mədəni irsinin izlərini aradan qaldırmaq üçün işçi qrup yaradılıb.







