BaşlıcaSiyasət

Böyük Britaniya Dağlıq Qarabağ problemini həll olunmuş hesab etmir: Səfir

Büyük Britanya hesab etmir ki, Dağlıq Karabağ məsələsi həll olunub. Büyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin ATƏT Mins qrupu həmsədrliyi altında uzunmüddətli həllini görmək istəyir.

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Con Qallager Ermənistan və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə “Armenpress”-ə verdiyi müsahibəsində qeyd etdi ki, Britaniya Minsk Qrupunun amerikalı, fransalı və rusiyalı həmsədrlərinin səylərini tam dəstəkləyir və tərəfləri danışıqlar prosesində konstruktiv iştiraka təşviq edir.

“Biz, həmçinin, bütün hərbi əsirlərin, məhbusların qaytarılması, minaların təmizlənməsi və insan hüquqlarının pozulması ilə bağlı bütün iddiaların araşdırılması kimi humanitar məsələlərdə gələcək irəliləyişi dəstəkləyirik. Regionun gələcək sabitliyi və rifahı üçün cari məsələlərin danışıqlar, sülh yolu ilə həll edilməsi çok vacibdir. Böyük Britaniya regionda dini münasibətlərin inkişafını dəstəkləyir”,- səfir vurğuladı.

Türkiyə-Ermənistan münasibətlərinə toxunan nazir qeyd etdi ki, Böyük Britaniya danışıqlar prosesinin tərəfı deyil, lakin onlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində istənilən irəliləyişi alqışlayırlar.

Onun sözlərinə görə, artıq iki tərəf münasibətlərin bərpası üçün müsbət addımlar atır.

Daha çox göstər
Back to top button