
Rusiya sülhməramlı kontingentinin Humanitar Mərkəzinin əməkdaşları Dağlıq Qarabağda humanitar aksiya həyata keçirib. Bu baarədə məlumatı Rusiya Federasiyasının Müdafiə Nazirliyi yayıb.
Bu gün Martuni rayonunun Maçkalaşen yaşayış məntəqəsində humanitar aksiya keçirilib. Uşaqlara məktəb üçün lazım olan hədiyyələr verildi. Sabah Stepanakert uşaq bağçasında humanitar aksiyanın keçirilməsi planlaşdırılır”,- deyə Rusiya sülhməramlı kontingentinin nümayəndəsi Aleksandr Kudrin bildirdi.
Maçkalaşen icra hakimiyyət başçısı humanitar aksaya görə rus sülhməramlıları təşəkkür edib.
Bu ilin əvvəlindən Rusiya sülhməramlıları Dağlıq Qarabağın müxtəlif yerlərində 10-dan çox humanitar aksiya keçirib.







