
İstər xarici sərmayələr, istərsə də birbaşa investisiyalar baxımından bizdə təsirli artım var. Bunu iqtisadiyyat naziri Vaհan Kerobyan jurnalistlərlə söhbətində deyib.
O, büdcə gəlirlərinin yalnız inflyasiya hesabına artdığı fikrini bölüşmür. Onun sözlərinə görə, 2019-cu və 2020-ci illərin məlumatları ilə müqayisədə yaxşılaşan investisiya göstəriciləri buna misal ola bilər.
“Syunikdə də sərmayə qoyulur. Biz onları artırmaq üçün hər şeyi edirik”, – nazir əmin edib.
Vahan Kerobyan 2021-ci ildə ÜDM-in real artımının 5,6-5,8% olduğunu, nominal ÜDM indeksinin isə 7 trilyon dramdan bir qədər aşağı olduğunu vurğulayıb. “Bu, 2019-cu ilin göstəricisindən (6,5 trilyon dram) yüksəkdir”,- deyə o qeyd edib.







