
Artsax heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Bunu qoy hamı bilsin. Bu haqda Artsaxın Xarici işlər naziri Davit Babayan jurnalistlərlə söhbətində qeyd edib.
“Bu, bizimçün qəbuledilməzdir. Dünya nə edə bilər? Deyəcək, Azərbaycanamı qoşulun? Biz qoşulmayacağıq, azərbaycanlılar isə nə edə bilər?
Qırğınmı təşkil edəcək? Əlbətdə ki, yox. Hücumlar və terrorizm bizi qorxutmur” – deyərək nazir bildirib.
Ermənistan tərəfinin Azərbaycanın ərazi bütövlüyünü tanıyıb-tanımaması sualına Babayan qeyd edib ki, “ER heç vaxt Azərbaycan Respublikasının ərazi bütövlüyünü rəsmən tanımayıb.
Bu, birincidir. İkincisi, Azərbaycanın ərazi bütövlüyü daxilində Artsax yoxdur”.
Parlamentdə 44 günlük müharibənin təffərrüatını öyrənmək üçün komissiya yaradılmasına gəlincə, nazir qeyd edib ki, “gec-tez hər şey aydınlaşacaq.
Təbii ki, istənilən müharibədə təhlil lazımdır, amma düzgün, peşəkar təhlil lazımdır, spekulyasiya yox. Biz belə yanaşmanın tərəfdarıyıq və hesab edirik ki, komissiya məsələyə bu tərzlə yanaşacaq”.







