
Artsax Respublikasının xarici işlər naziri hesab edir ki, Karvaçarın su mənbələrində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi lazımdır. Davit Babayanın qeyd etdi ki, bu, su təhlükəsizliyinə yeni keyfiyyət verəcək, mümkün risklərdən sığortalanacaq.
Ekologiya Nazirliyi artıq Geğarkunik bğlgəsinin sərhəd kəndlərində suyun keyfiyyəti ilə bağlı araşdırma aparıb, heç bir narahatedici hadisə qeydə alınmayıb.
Buna baxmayaraq, mütəxəssislər başqa bir təklif irəli sürürlər. Arpa-Sevan tunelinin başlanğıcında quraşdırılmış mexaniki klapan sistemini suyun keyfiyyətindəki dəyişikliklərə dərhal reaksiya verəcək avtomatik idarəetmə sistemi ilə əvəz etməsini təklif edirlər.
Karvaçar su stansiyası Ermənistan və Artsaxın su donorudur. DQMV-nin su ehtiyatlarının 85%-i, Sevan gölünə axan Arpa və Vorotan çayları buradan qaynaqlanır. Karvaçarın xüsusi mühafizəsi məsələsi həmişə vacib olub, indi həyati zərurətdir.
Artsaxın xarici işlər naziri Davit Babayan 20 ildən artıqdır ki, bu məsələ haqqında danışır. Xatırladaq ki, 1930-cu illərin ikinci yarısına qədər bu ərazi Sovet Ermənistanına məxsus olub. Bundan sonra heç bir hüquqi əsas olmadan Azərbaycana verilib. Davit Babayan bildirdi ki, hazırda enerji baxımından itkilər böyükdür, lakin içməli su ilə bağlı qorxulu hadisələr yoxdur.
“Biz özümüzü elektrik enerjisi ilə təmin edirdik, həm də böyük həcmdə ixrac edirdik. Bu itkiləri hansısa şəkildə kompensasiya edə bilmək üçün indi biz daha intensiv iqtisadiyyata keçməliyik”,- deyə Davit Babayanq eyd etdi.
Artsax ərazilərinin, o cümlədən Karvaçarın işğalından sonra Sevan gölünü qidalandıran Arpa və Vorotan çaylarının mənsəbləri indi düşmənin nəzarəti altındadır. Ermənistanın Ətraf Mühit Nazirliyi sudan nümunə götürmə monitorinqini həyata keçirir. Nazirlikdən bildirilb ki, tədqiqatın mərkəzində sərhədyanı icmaların suyun keyfiyyəti dayanır.
“Bizim monitorinq məlumatlarımıza görə, 2020 və 2021-ci illərdə heç bir dəyişiklik yoxdur. Biz heç bir keyfiyyət dəyişikliyi və ya sapma qeydə almamışıq. Deyə bilərik ki, suyun miqdarında ciddi azalma müşahidə olunmayıb, lakin keyfiyyətlə bağlı narahatlıqlarımız var”,- deyə bildirilib.
Hazırda dəyişikliyin olmaması onu deməkd eyildir ki, su ehtiyatları təhlükəsizdir.
Arpa-Sevan tunelinin başlanğıcında quraşdırılmış mexaniki klapan sisteminin suyun keyfiyyətindəki dəyişikliklərə dərhal reaksiya verən avtomatik idarəetmə sistemi ilə əvəz edilməsi təklif olunub. Artsaxın xarici işlər naziri Davit Babayan Karvaçar su hövzəsində müşahidəçilərin yerləşdirilməsinə ehtiyac görür.
“Əsas məsələ Ermənistan Respublikasının su ehtiyatlarının, Sevan gölünün təhlükəsizliyidir. Düşünürəm ki, Arpa və Vorotan mənbələrində beynəlxalq müşahidəçilər olsa, bu, mütləq su təhlükəsizliyinə yeni keyfiyyət verəcək. Aydın məsələdir ki, Azərbaycandan hər şeyi gözləmək lazımdır. Beynəlxalq strukturların, müşahidəçilərin olması çox müsbət təsir göstərəcək. Fərqli ölkələr, Rusiya, başqa strukturlar ola bilər, bəlkə də ortaqdırlar”,- deyə Davit Babayan vurğuladı.
Yaxın zamanlar Dait Babayanın “Qarabağ hidrogeosiyasəti. İndiki və gələcək üçün ekzistensial problemlər” adlı kitabı ingiliz dilində nəşr olunacaq.
Erməni alimləri on ildir ki, Karvaçarın isti bulaqlarınıaraşdırıblar, naməlum bakteriya növü aşkar ediblər. Onun genomu mövcud növlərlə müqayisə edilib və məlum növlərdən fərqli olduğu anlayıblar. “Anoxy basil lus karvacharensis” adlı yeni bir növ təklif etdilər. Karvaçardan gətirilən bakteriyalar YDU-nun Biologiya fakültəsinin biokimya, mikrobiologiya və biotexnologiya kafedrasında tədqiq edilib. Bu gün alimlər kəşf edilən bakteriyadan istehsalatda istifadə etməyə çalışırlar. İşlərin 80%-i tamamlanıb, bu il onun pivə istehsalında istifadə olunacağı istisna edilmir.







