ArtsaxBaşlıcaMədəniyyət

Artsaxın tarixi və mədəni irsinin qorunub saxlanması məsələsi beynəlxalq gündəmdədir – VİDEO

Artsaxın tarixi və mədəni irsinin qorunub saxlanması məsələsi beynəlxalq gündəmdədir, bu məsələdə konsensus var. Ermənistan xarici işlər nazirinin müavini Vahe Qevorqyan vurğulayır ki, məsələ demək olar ki, bütün beynəlxalq formatlarda qaldırılır. 

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə Azərbaycana erməni tarixi-mədəni irsinə qarşı təhqir və vandalizm hallarının qarşısının alınması ilə bağlı dəqiq göstəriş verildi və bunu BMT-yə üzv olan bütün dövlətlər, o cümlədən Azərbaycan yerinə yetirməlidir.

Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan hökuməti tərəfindən erməni dini, tarixi və mədəni abidələrin məhv edilməsi və mənimsəməsi üçün işçi qrupun yaradılmasını  Haaqa Məhkəməsinin təcili tədbirlərin tətbiqi barədə qərarına açıq etiraz olaraq qiymətləndirir.

Bu qərarların yerinə yetirilməməsi halda Ermənistan erməni xalqının tarixi və mədəni irsini qorumaq üçün beynəlxalq hüquqda nəzərdə tutulmuş bütün vasitələrdən ardıcıl istifadə edəcək.

Qevorgyan hesab edir ki, tarixi-mədəni irsin qorunub saxlanması münaqişələri həll etmək, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmaq üçün ən yaxşı yoldur.

Xatırladaq ki, müharibədən dərhal sonra UNESCO Dağlıq Qarabağ münaqişəsinin zonasına faktaraşdırıcı missiya göndərmə təşəbbüsü ilə çıxış etdi. Təklifdən sonra Ermənistan qurumla sıx əməkdaşlıq edib.

Azərbaycan isə YUNESKO tərəfindən faktaraşdırıcı missiyanın göndərilməsi təklifi ilə razılaşsa da, eyni zamanda, artıq bir ildən artıqdır ki, müxtəlif maneələr yaradır. 

Ermənistanın məqsədi aydındır. YUNESKO-nun missiyası Dağlıq Qarabağ münaqişəsi zonasında olmalıdır. Mütəxəssislər yerində ermənilərin tarixi-mədəni irsin vəziyyəti ilə yaxından tanış olmalıdır ki, onların məhv olmasının qarşısı alınsın.

Nazir müavininin sözlərinə görə, orada bəzi kilsələr fəaliyyət göstərir və bu vandalizm halları insanların vicdan, azadlıq və dini hüquqlarının pozulmasıdır, hansı ki regionda sülhün bərqərar olmasına mane olur.

Daha çox göstər
Back to top button