Azərbaycan və Türkiyə tərəfindən erməni irsinin məhv edilməsi mədəni soyqırımdır: Türk jurnalist

İsrailli türk jurnalist Uzay Bulut “Providence” saytında məqalədə Azərbaycanı tarixi saxtalaşdırmaqda ittiham etdi. Jurnalist Azərbaycan hökuməti tərəfindən Artsaxın işğal olunmuş ərazilərdində dini abidələr üzərindəki erməni yazılarını silmək qərarını pisləyib.
Jurnalist qeyd etdi ki, Azərbaycanın bu qərarı Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarının birbaşa pozulmasıdır. Bu qərarda bildirilib ki, Azərbaycan erməni mədəni irsinə, o cümlədən kilsələrə və digər ibadət yerlərinə, abidələrə, qəbiristanlıqlara və artefaktlara qarşı olan vandalizm və təhqir aktlarının qarşısının alınması və cəzalandırılması üçün bütün zəruri tədbirləri görməlidir.
Bulut xatırladıb ki, bu, bu ilk dəfə deyildir ki, Azərbaycan erməni mədəni irsini məhv edir. Mədəni irs üzrə iki görkəmli akademik tədqiqatçı Simon Mağakyan və Sarah Pikman hələ ki 2019-cu ildə yazırdılar ki, Azərbaycan 89 orta əsrə aid olan kilsəsi, 5840 nəhəng xaçkarı, Naxcivanda isə 22 min məzar daşını dağıdıb. Mağakyan bu hərəkətləri “XXI əsrin ən böyük mədəni soyqırımı” adlandırıb.
“Save Armenian Monuments” təşəbbüsünün prezidenti doktor Virciniya Devis də Azərbaycanı bu qərara görə pisləyib və təkcə Beynəlxalq Ədalət Məhkəməsinin qərarını pozmaqda ittiham etmədi, həm də qeyd edib ki, bu, Naxçıvanda dövlət tərəfindən təşkil edilmiş soyqırımına bərabərdir.
Türkiyəli jurnalist 1914-23-cü illər soyqırımından sonra Türkiyədə erməni mədəni irsinin məhv edilməsi məsələsinə də toxunub. O qeyd etdi ki, Türkiyədə ermənilər aid olan məktəblər, bir çox binalar, kilsələr məhv edilib. Türkiyədə oxşar mədəni cinayətlər assurlara və yunanlara qarşı törədilib. Bir vaxtlar dünyanın ən böyük kilsəsi olan Konstantinopoldakı Aya sofya yunan kilsəsi XV əsrdə Osmanlı türkləri tərəfindən şəhərin işğalından sonra məscidə çevrildi. Daha sonra 1935-ci ildə Türkiyə hökuməti tərəfindən muzeyə çevrildi. 2020-ci ilin iyul ayında bu tarixi abidə yenidən məscidə çevrildi. Bir ay sonra başqa bir tarixi yunan kilsəsi olan Xora da məscidə çevrildi.







