BaşlıcaSiyasət

ABŞ Azərbaycanda qəbul edilən “Media qanunu”ndan məyusdur

“KİV haqqında” yeni qanunun necə qəbul edilməsi “məyusluq” yaradır. Qanun layihəsi üzərində iş aparılarkən bütün maraqlı tərəflərin rəyləri və ekspertlərin sənədin təkmilləşdirilməsinə yönəlmiş tövsiyələri nəzərə alınmayıb.

“Turan” xəbər verir ki, bu haqda  fevralın 16-da keçirdiyi brifinqdə ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberqer deyib.

ABŞ səfirliyi hökumət rəsmiləri, media və jurnalistlərlə sıx əməkdaşlıq edir.

“Biz açıq şəkildə narahatlığımızı bildirdik. Çox şey həmin qanunun praktikada necə tətbiq olunacağından asılı olacaq. Əgər hakimiyyət bundan mətbuat azadlığını məhdudlaşdırmaq üçün istifadə edərsə, bu, çox məyusedici olar.

Amma hakimiyyət qanundan söz verdiyi kimi istifadə edərsə,mətbuatın səviyyəsini yüksəltmək, jurnalistlərin peşəkarlığını artırmaq üçün edilərsə o, başqa məsələdir” – deyərək o, bildirib.

Daha çox göstər
Back to top button