BaşlıcaSiyasət

Azərbaycanın “AZAL” şirkəti Naxçıvana uçuşlar üçün Ermənistana 32 min avro ödəyib

Azərbaycanın milli aviadaşıyıcısı “AZAL” aeronaviqasiya xidmətləri üçün Ermənistana təxminən 32 min avro ödəyib. Ermənistanın İctimai Radiosu “Sputnik Armeniya”ya istinadən bildirir ki, bu barədə Mülki Aviasiya Komitəsi məluamt yaydı.

Oktyabrın 6-dan “Azərbaycan Hava Yolları” Bakıdan Naxçıvana uçuşlar üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.

“Bildiririk ki, AZAL Hava Yolları 2021-ci il oktyabrın 6-dan 2021-ci il dekabrın 31-dək Ermənistan Respublikasının hava məkanı üzərində aeronaviqasiya xidmətlərinin göstərilməsi üçün “Hayeronaviqasiya” QSC-yə 31 901,77 avro ödəyib”,- deyə bildirilib.

Daha çox göstər
Back to top button