Başlıcaİctimaiyyət

ER vətəndaşının RF-dan Azərbaycana “səhvən” deportasiyasının qarşısı alınıb və o, Ermənistana qayıdıb

Ermənistan Respublikası və Rusiya Federasiyası Baş Prokurorluqları arasında səmərəli əməkdaşlıq nəticəsində Azərbaycanda doğulmuş Ermənistan vətəndaşının Azərbaycan Respublikasına deportasiyasının qarşısı alınıb. Bu barədə NEWS.am-a prokurorluqdan məlumat verilib.

Şəxsin Rusiya Federasiyasının ərazisində inzibati xəta törətdiyini nəzərə alaraq, məhkəmə onu Rusiya Federasiyasından deportasiya etmək qərarına gəlib.

Məhkəmə səhvən həmin şəxsin Azərbaycan Respublikasının vətəndaşı olduğunu qeyd edib.

Ermənistan Respublikasının Baş Prokurorluğu məsələnin həllinə Rusiya Federasiyasının Baş Prokurorluğunu və Ermənistan Respublikasının dövlət səlahiyyətli orqanlarını cəlb edərək, dərhal prosesi dayandırmaq üçün tədbirlər görüb.

Rusiya Federasiyası Baş Prokurorluğunun dəstəyi ilə məsələ yuxarıda qeyd olunan qərardad çıxarmış məhkəmənin diqqətinə çatdırılmış, qısa müddət ərzində qərarındakı qeyri-dəqiqliyi müvafiq əlavə qərarla dəyişdirmiş, və həmin şəxs Ermənistana qaytarılıb.

Daha çox göstər
Back to top button