BaşlıcaEkonomika

Moskvada keçirilən “ProdExpo 2022” sərgisində erməni şərabları medal qazanıb

7-11 fevral tarixlərində Moskvada 29-cu “ProdExpo 2022” Beynəlxalq Sərgisi keçirilib. Sərgidə ER İqtisadiyyat nazirinin müavini Arman Xocoyan da iştirak edib.

ER İqtisadiyyat Nazirliyinin məlumatına görə, “ProdExpo” Rusiya və Şərqi Avropada qida sənayesi və spirtli içkilərin ən böyük beynəlxalq beynəlxalq sərgisidir. Təkcə bu il sərgidə 73 ölkədən 2660-a yaxın iştirakçı olub.

“ProdExpo 2022” sərgisində 15 erməni şərab şirkəti iştirak edib.

“Sərgi çərçivəsində həmçinin dequstasiya müsabiqəsi keçirilib və sərgidə ilk dəfə iştirak edən Ermənistanın “GS Wine Company” şirkətinin “Tiran” nar şərabı qızıl medal və diplomla mükafatlandırılıb. Armenia Wine Company” şirkətinin iyirmidən çox şərabı qızıl və gümüş-bürünc medallara layiq görülüb”- deyə məlumatda deyilir.

Daha çox göstər
Back to top button