
Azərbaycan tərəfinin rəsmi təsdiq etdiyi məlumata görə, Azərbaycanda 38 erməni hərbi əsir hələ də saxlanılır.
2021-ci il noyabrın 16-da hərbi əməliyyatlar zamanı Azərbaycan silahlı qüvvələri tərəfindən əsir götürülən erməni əsirlərin heç də hamısı geri qayıtmayıb.
Bu haqda məlumatı ER Milli təhlükəsizlik xidməti jurnalistin yazılı sorğusuna cavab olaraq qeyd edib.
Fevralın 7-də məlum olub ki, Fransa Prezidenti Emanuel Makron və Avropa Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan 8 erməni hərbi əsirini Ermənistan tərəfinə təhvil verib.
Fevralın 7-də bildiriblər ki, 2021-ci il noyabrın 16-da Sünikdəki döyüşlərdən sonra əsir düşən bütün erməni hərbçilər geri qaytarılıb.
“2021-ci il noyabrın 16-da döyüş əməliyyatları zamanı Azərbaycan Respublikası silahlı qüvvələri tərəfindən əsir götürülmüş bütün hərbi qulluqçuların geri qaytarılması ilə bağlı məlumat həqiqətə heç də uyğun deyil.
ER Müdafiə nazirliyinin N saylı hərbi hissəsinin çağırışçısı Edik Hovsepyan , Azərbaycan Respublikası tərəfindən geri qaytarılmayıb” – deyərək MTX –nin rəsmi cavabında qeyd olunub.
Milli Təhlükəsizlik xidməti onu da bildirib ki, Azərbaycan tərəfinin rəsmi təsdiq etdiyi məlumatlara görə, 38 erməni hərbi əsir hələ də Azərbaycanda saxlanılmaqdadır.







