ArtsaxBaşlıca

Artsax Parlamenti “İşğal olunmuş ərazilər haqqında” qanunu tam şəkildə qəbul etdi

Artsax Parlamenti ikinci oxunuşda “Artsax Respublikasının işğal olunmuş əraziləri haqqında” qanun layihəsini tam olaraq qəbul etdi.

Bu barədə Artsaxın dövlət naziri Artak Beglaryan öz “Telegram” kanalında bildirib.

“Bu yaxınlarda parlament “Artsax Respublikasının işğal olunmuş əraziləri haqqında” qanunu qəbul etdi, onun hazırlıq işləri hökumətdə aylar əvvəl başlamışdı. Biz yaxşı bilirik ki, qanunda qeyd olunan funksiyaları həyata keçirmək, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün hüquqi mexanizmlərimiz məhduddur, lakin o istiqamətdə mövcud hüquqi-siyasi mexanizmlərdən maksimum yararlanmağa borcluyuq. Artsax Respublikasının əraziləri işğaldan azad edilməli, vətəndaşlarımız öz evlərinə qayıtmalıdırlar” – deyə Beglaryan yazıb.

Daha çox göstər
Back to top button