
Ermənistan Aviasiya Federasiyasının rəhbəri Nairi Barseğyan Rusiya Aviasiya Federasiyasının üzvü Sergey Bajenovla birlikdə AX-9 təyyarələrlə uçuşun uzun sürməsi üzrə dünya rekordu müəyyənləşdirib. Barseqyan bu barədə Facebook-da canlı yayımda məlumat verib.
Uçuş fevralın 16-da səhər saat 7:00 radələrində başlayıb və Orenburq şəhərindən başlayıb.
“Mən fəxr edirəm ki, dünya rekordu qoymuşam və ölkəmiz aviasiya idmanı tarixinə düşəcək”, – Barseğyan yazıb.
Uçuş 35 saat davam edib, bundan sonra adamlar uğurla eniş ediblər.
Barseğyan və Bajenov son bir neçə ildə rekorda hazırlaşırdılar. Bundan əvvəlki rekord 2016-cı il yanvarın 25-də qeydə alınıb. İvan Menyaylo və Fyodor Konyuxov 32 saat 20 dəqiqə havada olublar.







