BaşlıcaSiyasət

Paşinyan ətraflı məlumat verib: “Şimal-Cənub, Şərq-Qərb layihəsi və ya erməni qovşağı”

 Regional kommunikasiyaların açılması məsələsi kontekstində Ermənistan hökuməti “Şimal-Cənub” layihəsini yenidən “Şimal-Cənub”, “Şərq-Qərb” layihəsi və yaxud erməni qovşağı adlandırıb.

Bu haqda  ER Baş naziri Nikol Paşinyan hökumətin iclasında qeyd edib.

“Biz bu layihəni böyük sürətlə həyata keçirəcəyimizə ümid edirik. Göründüyü kimi, bu  həmin yolun qollarından biri, mən Şimal-Cənub, Şərq-Qərb,  qısa desək , erməni qovşağının qollarından biri olacaq, Şimalı Cənuba, yəni Ermənistan Respublikasını İran İslam Respublikasına birləşdirən.

Digər qolu əslində Azərbaycan, Ermənistan,  gələcəkdə isə Türkiyə və Naxicevana doğru olacaq. Və biz bu layihəni bu ümumi kontekstdə  yerləşdiririk.

Paşinyan fevralın 17-də ilkin seçmə tenderinin elan edildiyi Şimal-Cənub layihəsinin Sisian-Kacaran hissəsinin tikintisinə toxunaraq deyib.

Nikol Paşinyan qeyd edib ki, bu layihə böyük strateji əhəmiyyətə malikdir, dəyəri bir neçə yüz milyon dollardır. İlkin ixtisas mərhələsi 70 gün davam edəcək.

O əlavə edib ki, Şərq-Qərb hissəsi layihəsi hazırlanmayıb, lakin siyasi razılaşmalar kontekstində, razılaşmaların əldə olunması kontekstində həmin hissəni çox sürətlə həyata keçirəcəklər.

  ER Baş naziri onu da bildirdi ki, Yeraşx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun tikintisi üçün beton işləri aparılır.

Onun sözlərinə görə, əldə olunan razılaşmalar yaxın vaxtlarda sənəd şəklində qeydə alınacaq və de-yure proses tam şəkildə işlənib hazırlanacaq.

Daha çox göstər
Back to top button