BaşlıcaSiyasət

AVRONEST-in iclası üçün 2 azərbaycanlı deputat Yerevana gələcək

Fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək.

Azərbaycan Milli Məclisinin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.

Qeyd edək ki, Ermənistanın AVRONEST-dəki nümayəndə heyətinin rəhbəri, “Mülki müqavilə” fraksiyasının üzvü Mariya Karapetyan Sputnik Armenia-ya müsahibəsində Azərbaycan tərəfinin Yerevana nümayəndə heyəti göndərməyə hazır olduğunu bildirdiyini qeyd etmişdi.

Daha çox göstər
Back to top button