
Ermənistan Respublikasının üçüncü Prezidenti Serj Sarkisyanın idarəsi Əliyev rejiminin Serj Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi və onun barəsində axtarış elan edilməsi ilə bağlı bəyanatına cavab verib.
Ermənistan Respublikasının üçüncü Prezidenti idarəsinin yaydığı bəyanatda deyilir:
“Əliyev rejimi tərəfindən Serj Sarkisyanıa qarşı ittiham irəli sürmək cüzi deməli olsaq gülünc və tsinizmdən başqa heç nə deyil.
Tsinikdir, çünki illər boyu soyqırım siyasətini yaxşı mənimsəmiş, fəaliyyəti boyu ermənilərə nifrəti Azərbaycan daxilində dövlət siyasətinə çevrilmiş Əliyevin Serj Sarkisyan haqqında danışmağa, onu ittiham etməyə heç bir əsası, mənəvi haqqı yoxdur.
Əliyev illərdir Ermənistanı ləyaqətlə təmsil edən Serj Sarkisyanın mahir diplomatiyası ilə üzləşibdir,onun vəzifəsindən azad olunduqdan sonra da beynəlxalq cəmiyyət dairələrində əsla nüfuzu azalmamışdır.
Ermənistan Respublikasının üçüncü Prezidenti Serj Sarkisyan vəzifəsini tərk etdikdən sonra da geniş əlaqələri və təcrübəsi sayəsində Ermənistanın milli, dövlət maraqlarını xaricdə təmsil etməyə davam edəcək.
1988-ci ildən etibarən Prezident Sarkisyan bundan sonra da min illərdir Artsaxda yaşayan erməni xalqının müqəddəs erməni torpağında azad, müstəqil və təhlükəsiz yaşamaq hüququnun həyata keçirilməsinə çalışacaq”.







