BaşlıcaSiyasət

Azərbaycan Ermənistanı “etnik düşmənçiliyi təşviq etməkdə” ittiham edib

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanı “etnik düşmənçiliyi təşviq etməkdə” ittiham edən bəyanat yayıb.

“Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qeyri-qanuni qərarını dəstəkləyən bəyanatı qətiyyətlə qınayırıq”,-bəyanatda deyilir.

Qeyd edilib ki, “özügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanununa, habelə bütün digər müvafiq normativ hüquqi aktlara ziddiyyət təşkil edib”.

“Hazırda bölgədə beynəlxalq hüququn bərqərar olduğu və iki dövlət arasında münasibətlərin normallaşması istiqamətində cəhdlərin edildiyi bir vaxtda Ermənistan XİN-in xalqlararası nifaqı təşviq edən bəyanatla çıxış etməsi bir tərəfdən bu ölkənin məsuliyyətsiz davranışını, digər tərəfdən isə baş verən son hadisələrdən hələ də dərs çıxarmadığını göstərir. Ermənistan XİN-in nəzərinə çatdırırıq ki, belə bir destruktiv yanaşmanın heç bir gələcəyi yoxdur”,-bəyanatda eyd olunur.

Azərbaycanın rəsmi strukturlarının qəbul etdiyi hədsiz ikiüzlülük bu bəyanatda bir daha özünü göstərdi. Azərbaycan XİN israrla bölgədəki fəlakətin səbəblərini görmək istəmir: Sovet Azərbaycanında ermənilərin kütləvi qırğını, Sumqayıt, Bakıda və Azərbaycan SSR-in digər şəhərlərində baş vermiş dəhşətli hadisələr. Bu, Azərbaycanın etnik ermənilərə qarşı törətdiyi qanun pozuntularının və cinayətlərin tam olmayan siyahısıdır. “Sülh” haqqında bəyanatlar Azərbaycan tərəfindən Artsaxa və Ermənistana qarşı təcavüz və təxribatlar, Ermənistanın suveren ərazisinin işğalı və ərazi istəkləri ilə üst üstə düşmür.

Daha çox göstər
Back to top button