Başlıcaİctimaiyyət

Hüquq müdafiəçiləri Azərbaycanda siyasi məhbusların yeni siyahısını açıqlayıblar

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını elan edib.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.

Siyahıya 126 nəfər daxil edilib, Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir.

Siyahının tərtibçiləri AŞPA-nın müəyyən etdiyi “siyasi məhbus” anlayışı meyarlarından çıxış ediblər.

Əvvəlki siyahı 10 dekabr 2021 tarixində açıqlanıb və orada 122 ad olub.

Daha çox göstər
Back to top button